Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:45

Suriyalı qadın iş istəyəndə, türkiyəli kişi əvəzində «nəsə» istəyir - Mətbuat icmalı


-

Ukraynada parlament seçkilərini qərbpərəst partiyalar uddu. Baş nazir Yatsenyuk söz verir ki, indi köklü dəyişikliklər olacaq. Finlyandiyaya bazarlığa gedən rusiyalı turistlərin sayı da, xərclədiyi pullar da azalıb.

Suriyalı qadınlar, qızlar, uşaqlar Türkiyədə, Livanda istismar olunur.

Dünya mediası bu gün nədən yazır?

Ukraynada parlament seçkilərini Qərbpərəst partiyalar udub. Bunu Ukrayna prezidenti Petro Poroshenko ekzit-polların nəticələri bilinən kimi deyib.

Poroshenko deyib: “Mən sizi demokratik, islahatçı, Ukraynapərəst və Avropərəst çoxluğa səs verməyə çağırmışdım. Bu çağırışımı eşitdiyinizə görə sizə minnətdaram”.

New York Times qəzeti yazır ki, Poroshenkonun fikrincə, səs verənlərin 4-də 3-ü Ukraynanın Avropaya doğru hərəkətinə qəti və güclü şəkildə səs verdi.

Baş nazir Yatsenyuk isə deyib ki, “yeni parlament və yeni hökumət real dəyişikliklər edəcək”.

Poroshenkonun partiyası və baş nazir Yatsenyukun Xalq Cəbhəsi hərəyə təxminən 21,5 faiz səs toplayıblar və böyük üstünlüklə irəlidədirlər.

Qəzet yazır ki, seçkidə rusiyapərəstlərlə bağlı yalnız bir partiya parlamentə düşmək üçün kifayət qədər səs qazana bilib. Bu da Müxalifət Blokudur. Partiyanın rəhbəri Yuri Boikodur. O, Yanukovich dövründə baş nazirin müavini və enerji naziri olub. O. 2002-2005-ci illərdə Naftoqazın rəhbəri idi.

Müxalifət Blokunu Ukraynanın ən varlı adamlarından biri olan Sergey Liovochkin dəstəkləyir.

Ailəliklə səs verməyə gələn Marta Yuzkiv adlı 44 yaşlı bir kiyevli qadın qəzetə deyib ki, o, Özünəkömək adlı yeni partiyaya səs verib. O bunu belə izah edir ki, o, hakimiyyətdə yeni simalar görmək istəyir.

Yuzkivin həyat yoldaşı Serhiy Chorny isə deyib ki, o, millətçi Azadlıq partiyasına səs verib. Çünki onun fikrincə, Azadlıq həqiqi Ukrayna partiyasıdır və Rusiya ilə qəbul olunmaz kompromissə getməyəcək.

Ukrayna parlamenti olan Ali Radada 450 yer var. Bunun yarısı partiya siyahısı, yarısı majoritar qaydada seçilir.

SURİYALI QADINLAR TÜRKİYƏDƏ

Christian Science Monitor qəzeti yazır ki, Suriyadan qaçqın düşən qadınların və qızların Türkiyədə istismar olunma ehtimalı çox yüksəkdir. Qəzet yazır ki, Türkiyə sərhəddində qaçqın düşərgələri doludur, burdakı qadınlar, qızlar cinayətkar aləmin toruna tez düşür.

Ancaq problem təkcə bunda deyil.

Suriyadan bir il əvvəl qaçqıb gələn Samaa indi Türkiyənin Qaziyantəpə şəhərində yaşayır. O deyir ki, “əgər suriyalı qadın iş, kirayə üçün mənzil istəyirsə, ondan dərhal əvəzində nəsə istənilir. Bu nəsə çox vaxt haramla bağlıdır”.

Onun sözlərinə görə, “restoran sahibi ona deyib ki, uşaqlarını işə götürər, əgər bir gecə onunla yatsa”.

Qəzet yazır ki, Samaanın əri və iki oğlu bütün günü işləyirlər, günə 20 dollar qazanırlar. Ailənin kirayələdiyi otağa və s.-yə gedən xərclər isə günə 30 dollardır.

Türkiyədə 1,5 milyon suriyalı qaçqın var. Onların 80 faizi qadınlar və uşaqlardır.

Suriyalı qadınlarla və qızlarla evlənmək istəyən türkiyəlilər də var. Son vaxtlar belə türkiyəlilərin sayı artır. Onlar qaçqın düşərgələrinə gəlib, özlərinə ikinci arvad alırlar. Qəzet yazır ki, hərçənd islamda 4 arvad almaq olar, ancaq Türkiyə dünyəvi dövlətdir. Burda çoxarvadlılıq qanundan kənardır. İkiarvadlılığa görə 2 il həbs cəzası almaq olar. Ancaq bu, Türkiyəli kişiləri qorxutmur.

SURİYALI UŞAQLAR LİVANDA

İndependent qəzeti yazır ki, Livanda 1 milyon 200 min suriyalı qaçqın var. Onlardan 200 mini uşaqlardır. 200 min suriyalı uşaqların çoxu Livanda qul kimi işlədilir.

Bekaa vadisində bu uşaqlar kartov və ya xurma yığırlar. Onlardan ən kiçiyinin 5 yaşı var.

Qəzet yazır ki, uşaqlar pis işləyəndə onları çubuqla döyürlər, bu uşaqlar faktiki qul vəziyyətyindədir.

Gündə 12-14 saat işləyən bu uşaqlar günə təxminən 1 avro pul qazanırlar.

FİNLYANDİYA TURİST TİCARƏTİ

Qərb sanksiyaları Finlyandiyanın turizm ticarətinə zərbə vurub. İndependent qəzeti yazır ki, rusiyalıların avrozonada birinci ticarət mərkəzi hesab etdikıri şəhər Finlyandiyanın cənub-şərq sərhəddində yerləşir. Lappeenranta adlı bu şəhər Sankt Peterburqdan cəmi 200 km aralıdır.

70 min əhalisi olan bu şəhər 20 ildir ki, rusiyalı turistlərin bazarlığa gəldiyi yerdir. Bura gələn hər rusiyalı turist indi orta hesabla 150 avro xərcləyir, bir neçə ay əvvəl isə 250 avro xərcləyirdi.

Turistlərin ödədiyi ƏDV vergisini geri qaytarmaqla məşğul olan şirkətin rəhbəri Ville Maunula deyir ki, rusiyalıların aldığı mallar da dəyişib. Əvvəllər rusiyalılar fin plaşı, kostyumu alırdılarsa, indi ərzaq alırlar.

Onun sözlərinə görə, rusiyalı turistlərin indi az gəlməsi və az xərcləməsi isə rublun dəyərdən düşməsi ilə bağlıdır.

XS
SM
MD
LG