Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Azərbaycan yazıçısı Cəmil Əlibəyov vəfat edib


Yazıçı Cəmil Əlibəyov

Yazıçı Cəmil Əlibəyov

-

Onun qohumları AzadlıqRadiosuna bildirib ki, Cəmil Əlibəyov uzun müddət idi ki, xəstə idi.

Yazıçı ilə vida mərasimi bu gün «Təzəpir» məscidində keçiriləcək.

Cəmil Əlibəyov 1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub.

1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Şərqşünaslıq şöbəsinə daxil olub. 1949-cu ildən «Azərbaycan gəncləri» qəzetində çalışmağa başlayıb.

1970-ci ildə Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, radioya başçılıq edib. 1974-cü ildən başlayaraq on il ərzində «Azərbaycanfilm» kinostudiyasının direktoru olub.

Bu müddətdə istehsal olunan filmlərə («Dədə Qorqud», «Babək», «Dərviş Parisi partladır», «Tütək səsi», «İstintaq», «Ad günü», «Qayınana», «Papaq») görə ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb.

«Sınaq», «Mənim analı dünyam», «Həyatın özü», «Dözümlü məhəbbət», «Dünyanın o biri ucu», «İlk məhəbbət» romanlarının, «Qayaların göz yaşı», «Özümü axtarıram», «Analar», «Anam Arazım mənim» və digər povestlərin, bir neçə pyesin, ssenarinin, publisist kitabın müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG