Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

Azərbaycan fındığının ixracı ilə bağlı hər hansı məhdudiyyət yoxdur


İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Azərbaycandan Avropa Birliyi ölkələrinə fındığın ixracı ilə bağlı hər hansı qadağa və ya başqa məhdudiyyət qoyulmayıb. Avropa ölkələrinə ixrac edilən fındığın bir neçə partyiasında aslotoksin adlı zərərli maddələrin aşkar edilməsi keyfiyyətə nəzarətin gücləndirilməsi üçün xəbərdarlıqdır. Bu Nazirliyin yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin məlumatında deyilir ki, artıq bir neçə emal müəssisəsi ixraca başlayıb. Bununla yanaşı emal müəssisələrinin özlərinin də ekspertizasına başlanıb, ekspertiza 60 gün çəkəcək. Azərbaycanda fındıq istehsalı ilə məşğul olan 21 müəssisə fəaliyyət göstərir. Keçən il ölkədən 10 min tondan artıq fındıq ixrac olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG