Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:12

Ukrayna parlament seçkisində səsvermə başa çatır


-

Parlament seçkilərinin nəticəsi olaraq Ukraynada qərbyönlü oriyentasiyanın möhkəmlənəcəyi gözlənilir.

Eyni zamanda seçki nəticələri Ukraynanın şərqi və qərbi arasındakı parçalanmanı daha da genişləndirəcək.

Əslində, ölkənin şərq hissəsində Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindəki regionlarda səsvermə keçirilmir.

Separatçılar bu ərazidə gələn ay öz seçkilərini keçirməyi vəd ediblər. Rusiya tərəfindən ilhaq olunmuş Krımda da səsvermə keçirilmir.

Bu, Ukraynada 2012-ci ildən bəri ölkə parlamenti Verhovna Radaya keçiriııən ilk seçkilərdir.

Rəy sorğuları 450 mandatlıq parlamentdə hazırkı president Poroshenkonu dəstəkləyən müstəqil partiyaların üstünlük qazanacağını göstərir.

Prezidentin özü bazar günü səhər ölkənin şərqində seçkilərin gedişini izləmək üçün ora yollanıb.

Yeni simalar

Bundan bir qədər əvvəl Petro Poroshenko seçicilərdən onun partiyasını dəstəkləməyi rica etmişdi ki, vəd olunmuş islahatların parlamentdən keçməsi mümkün olsun.

“Parlamentdə belə bir çoxluq olmazsa, - demişdi Poroshenko – prezidentin proqramı sədəcə olaraq kağız üzərində qalacaq”…

Mətbuat xəbər verir ki, şərqin separatçı regionları çıxılmaqla ölkənin qalan yerlərində canlı və bəzən gərgin səsvermə gedib.

Namizədlərin arasında yeni simalar - təhqiqat jurnalistləri, könüllü batalyonların döyüşçüləri və bir çox ifrat sağçı siyasətçilər var.

İfrat sağçıların şansları çox deyil

“The Guardian” qəzeti yazır ki, Kremlin Ukraynanın faşist ölkəsinə çevrildiyi barədə iddialarına baxmayaraq, əsas ifrat sağçı partiyalar – Svoboda və Sağ Sektorun elə də uğur qazanacaqları gözlənilmir.

Digər radikal partiyaların parlamentdə mandat qazanmaq üçün lazım olan 5 faizlik baryeri keçəcəyi gözləniləndir.

Bunların arasında Rusiyaya meylli separatçıların dindirilməsində mübahisə doğuran metdoları ilə şəxsən iştirak etmiş ziddiyyətli siyasətçi Oleh Lyashko-nun partiyası daha şanslıdır.

Parlamentdə 450 yerdən yarısı proporsional qaydada partiya sihaılarındakı namizədlərə veriləcək.

198 millət vəkili fərdi qaydada dairələrdən seçiləcək.

Bu zaman Krıma və qiyamçıların nəzarətində olan ərazilərə aid 27 yer boş qalacaq.

“The Guardian” qəzeti yazır ki, aylarla davam edən müharibənin nəticəsi olaraq Ukrayna cəmiyyətində bir xeyli radikallaşma gedib və bu, seçkilərin nəticəsində özünü bariz şəkildə göstərəcək.

Yerli təhlilçilərin fikrincə, digər diqqət çəkən xüsusiyyət budur ki, hazırkı hakimiyyət əvvəlkilərdən fərqli olaraq ictimaiyyətin əhval-ruhiyyəsini nəzərə almaya bilməyəvcək.

“Vahid Avropa Ukraynası”

Prezident Petro Poroshenko separatçılardan geri alınmış Kramatorsk şəhərində səsvermənin gedişini izləyib.

“Mən bura xidmət heyətinin səs hüququnu müdafiə etmək üçün gəlmişəm” – deyib prezident – bu gün azad olunmuş bu torpaqda Ukrayna hərbçiləri ölkəmizin Avropa gələcəyi üçün səs verirlər”.

Kiyevə qayıdaraq burada səs verən Petro Poroshenko deyib ki, o, öz səsini vahid, Avropa Ukraynasına verib.

Müşahidəçilər “narahat”dırlar

Bununla belə, beynəlxalq müşahidəçilər bir sıra “ciddi narahatlıqlar”ını bildiriblər.

Onların fikrincə, ölkənin şərqində baş verən zorakılıqlar seçkilər üzərində öz təsirini buraxıb.

ATƏT-in müşahidə missiyasının rəhbəri isveçli Kent Harstedt deyib ki, bu, onun indiyədək izlədiyi ən çətin seçkilərdən biri olub.

O narahatlıq ifadə edib ki, ölkənin şərqində minlərlə insan səsvermə hüququndan istifadə edə bilməyib.

Bununla belə, cənab Harstedt ümid edir ki, parlament seçkisi Ukraynanın yeni tarixində dönüş nöqtəsi olacaq.

ATƏT müşahidəçiləri həmçinin Moskvada təxminən üç milyon ukraynalının səs verməsini monitorinq edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG