Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42

İran Ermənistana 2 milyard dollar yardım etməsi xəbərini təkzib edir


Marzieh Afkham

Marzieh Afkham

İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Marzieh Afkham İranın Ermənistana 2 milyard dollar yardım etməsi haqda bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatı təkzib edib.

O, keçirdiyi həftəlik brifinqdə bildirib ki, bu məlumat yalandır və həqiqəti əks etdirmir. Nazirliyin rəsmisi jurnalistlərə tövsiyə edib ki, dəqiqləşdirilməmiş məlumatı yaymasınlar.

Xatırladaq ki, Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG