Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Qərbyönümlü partiyalar seçkini udur [Ekzit-pollar]


Petro Poroshenko (sağda) və Arseniy Yatsenyuk

Petro Poroshenko (sağda) və Arseniy Yatsenyuk

-

Exit poll-lar göstərir ki, Ukraynadakı parlament seçkilərində qələbəni qərbyönümlü partiyalar qazanır.

O cümlədən prezident Petro Poroshenko-nun blokunun ən çox mandat qazanacağı gözlənir. Baş nazir Arseny Yatsenyuk-un Xalq Cəbhəsi Partiyasının ikinci yeri tutacağı gözlənir. Kommunistlər ilk dəfə olaraq parlamentə düşməyə bilər.

Exit-pollar onu da göstərir ki, keçmiş prezident Yanukovychi-in Regionlar Partiyasının qoşulduğu Müxalifət Bloku 5 faizlik barajı keçə biləcək.

Parlamentə daha bir neçə qərbyönümlü partiya düşəcək. O cümlədən ultra-millətçi Oleh Lyashko-nun Radikal Partiyası və Yulia Tymoshenko-nun "Batkivshchina"sı..

Məntəqələr bağlanmamışdan 4 saat əvvələcən seçkidə seçicilərin 40 faizi iştirak etmişdi.

İlkin rəsmi nəticələrin tezliklə bilinəcəyi gözlənir.

***

"Mənim fikrimcə, bu, tamamilə yeni parlament olacaq. İnqilabdan sonra bərqərar olan yeni ölkəmizə və onun yeni xalqına uyğun bir parlament.

Görürsünüz, burada - anti-terror əməliyyatının getdiyi bölgədə çoxlu sayda insan səsverməyə gəlib. İnsanlar aktiv şəkildə seçkiyə gedib, islahatlara səs verirlər"

Ukrayna prezidenti Petro Poroshenko bunu səsvermə günü Kramatorsk şəhərində deyib.

Şəhər bir müddət öncə rusiyameylli separatçılardan alınıb və hazırda onlarla təmas xəttində yerləşir.

"SOVETYÖNLÜ YOX, AVROPAYÖNLÜ"

Kramatorskdan Kiyevə səs verməyə qayıdan Poroshenko seçiciləri "islahat aparmağa qadir, korrupsiyalaşmamış, sovetyönümlü yox, avropayönlü parlament" seçməyə çağırıb.

Kiyevdə seçkiyə Hollywood filminin qəhrəmanı Darth Vader - "ulduz desantı" formasında və maskasında gələn şəxsə səs verməyə icazə verilməyib. Ondan qanuna əsasən, üzünü göstərmək tələb olunsa da, bunu etməyib. Ukraynada bu geyimlə siyasi tryukları İnternet Partiyası edir.

Ukraynanın başqa siyasi liderləri - Kiyev meri Vitaly Klitschko və baş nazir Arseniy Yatsenyuk da səs veriblər. Klitschko deyib ki, səlahiyyət müddəti bitən parlament keçmiş prezident Viktor Yanukovych-in vaxtından qalıb. Ona görə də yeni insanlardan ibarət parlamentə ehtiyac var.

"Seçkinin nəticəsinin nə olacağını bir allah bilir. Amma biz inanırıq ki, yeni parlament xalqın iradəsini ifadə edəcək, buna görə də seçkidən sonra yubanmadan koalisiya qurmaq lazımdır" - bunu isə Yatsenyuk deyib.

Oktyabrın 26-da Ukraynada parlament seçkiləri keçirilir.

Petro Poroshenko səsverməyə gələn sakinləri salamlayır, Kramatorsk, 26 oktyabr 2014

Petro Poroshenko səsverməyə gələn sakinləri salamlayır, Kramatorsk, 26 oktyabr 2014

Rusiyameylli separatçıların tutduğu ərazilərdə 15 seçki dairəsi fəaliyyət göstərmir. Nəticədə 450 yerlik parlamentdə 27 kürsü boş qalacaq.

Seçki günü prezident Petro Poroshenko Donbasa sürpriz səfər edib.

Keçmiş bas nazir Yulia Tymoshenko və onun həyat yoldaşı Oleksandr Tymoshenko da parlament seçkilərində səs veriblər. Bunun üçün onlar oktyabrın 26-da Dnipropetrovsk-dakı seçki məntəqəsinə gediblər.

"Ukrayna dinc və uğurlu Avropa ölkəsi olmalıdır" - deyib Tymoshenko. O əlavə edib ki, bu cür Ukraynaya səs vermək "bizim inqilab zamanı həyatını itirmiş Ukrayna qəhrəmanlarının ruhu qarşısında borcumuzdur".

PROQNOZLAR

Tymoshenko-nun "Batkivshina" Partiyası indiki baş nazir Arseniy Yatsenyuk da daxil olmaqla bir neçə tanınmış üzvünün partiyadan getməsindən sonra parlamentdə kürsü qazanmağa çalışır.

Yatsenyuk-un yeni yaratdığı "Xalq Cədhəsi" Partiyasının parlamentə keçəcəyi gözlənilir. Eləcə də ultra-millətçi Oleh Lyashko-nun Radikal Partiyasının. Kommunist Partiyasınınsa parlamentdə olacağı gözlənilmir.

Eləcə də ölkədən qaçmış keçmiş prezident Yanukovych-in Regionlar Partiyasının şansları azdır.

Bu partiya axır 10 ildə parlamentdə dominantlıq etmişdi.

İndi isə onun bir çox tərəfdarlarının yeni yaradılan Müxalifət Blokuna səs verəcəyi gözlənir.

Lyashko oktyabrın 26-da deyib ki, partiyası parlamentə keçsə, radikal islahatlar aparacaq, "vəziyyəti radikal şəkildə dəyişəcək".

Əsgərlər səs verir

Əsgərlər səs verir

Oktyabrın 24-də prezident bildirib ki, onun partiyası seçkilərə “situasiyalarda radikal dəyişiklik etmək və radikal islahatlar üçün gedir”.

Patriarx Filaret səs verir.

Patriarx Filaret səs verir.

Ukraynadakı sorğu nəticələri göstərir ki, xalq korrupsiyanın olmamasını, iqtisadi və demokratik islahatların olmasını gözləyir.

Ancaq Ukraynanın şərqindəki konflikt seçkilərin üzərinə kölgə salır.

3 GÜNƏ 10 YARALI

Xəstə qadın səs verir

Xəstə qadın səs verir

​Ukrayna ordusunun sözcüsü bildirir ki, atəşkəs olmasına baxmayaraq, oktyabrın 24-dən bəri 10 əsgər yaralanıb.

Ukraynanın Mərkəzi Seçki Komissiyası sentyabrn 25-də saytının kiber hücumlara məruz qaldığını deyib.

Daxili işlər naziri Arsen Avakov deyib ki, səsvermə günü təhlükəsizliyin qorunmasına hüquq mühafizə orqanlarının 140 mindən çox əməkdaşı cəlb edilib.

Ukraynada 36 milyon yarım insan seçici kimi qeydiyyatdan keçib.

Bunların 4 milyonu Rusiyayönlü qüvvələrin nəzarətində olan Donetsk və Luhansk vilayətində yaşayır.

Ukraynanın Rusiya tərəfindən anneksiya edilmiş Krım bölgəsində seçki keçirilmir. Orada yaşayan və özünü ukraynalı sayan şəxslər Ukraynanın başqa bölgələrinə gedib səs veriblər.

Şərhləri göstər

XS
SM
MD
LG