Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

3 türk əsgəri qətlə yetirilib



Türkiyənin cənub şərqində maskalı şəxslər 3 türk əsgərini güllələyib. Hadisə İraq və İranla sərhəddəki Hakari vilayətinin Yüksekova mahalında olub.

Əsgərlər mahalın mərkəzinə yaxın ərazidə gəzirmişlər. Bu ərazilərdə kürdlər dominantlıq edir.

Olay yerindən qaçan şəxsləri tapmaq üçün əməliyyat keçirilir.

Türkiyə ordusu fəaliyyəti qadagan olmunmuş Kürdüstan İşçi Partiyasının məlumatlarına əsasanaraq separatçı terror təşkilatından olan 3 terrorçunu ittiham edir.

Türkiyə ordusu 30 ildir PKK üsyançılarına qarşı mübarizə aparır. Bu münaqişədə 40 min adam ölüb.

2013-cü ilin martında Türkiyə höküməti üsyançılarla sülh sazişi imzalayandan sonra PKK cəbhəsində atəşkəs müşahidə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG