Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

Təkrar bələdiyyə seçkilərində saat 15-dək 82 dairə üzrə seçicilərin 22,51 faizi iştirak edib


«Seçkilər» İnformasiya Mərkəzinin məlumatına görə, saat 15-dək 82 dairə üzrə səsvermədə seçicilərin 22,51 faizi (200 minə yaxın seçici) iştirak edib. Ancaq iki dairədə məlumatların ötürülməsində problemlər yarandığından bu haqda sonrakı saatlarda məlumat verə biləcəklər.


İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayevin sözlərinə görə, MSK-nın yanında şikayətlərlə bağlı «qaynar xətt» fəaliyyət göstərsə də, ora müraciət edən olmayıb.


Axşam saat 19-da səsvermə dayandırılacaq və məntəqələr bağlanacaq. Seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar saatbasaat internetə yerləşdiriləcək, gecə yarısında isə MSK sədri Məzahir Pənahov ilkin məlumatları səsləndirəcək.


Seçkiləri 8 mindən artıq yerli, 32 beynəlxalq müşahidəçi izləyir. Beynəlxalq müşahidəçilər arasında Bakıdakı diplomatik korpusunun, beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası da var. Müşahidə missiyası bələdiyyə seçkiləri ilə ilkin rəyinin oktyabrın 7-də açıqlayacaq, geniş hesabat isə noyabrın 15-nə hazır olacaq.


82 dairədə 603 bələdiyyə üzrə təkrar, əlavə və yeni seçkilər keçirilir. 1931 bələdiyyə üzvü yeri uğrunda 4525 namizəd mübarizə aparır. Seçkiyə 20 partiyanın namizədi qoşulub. Namizədlərin çoxluğuna görə, birinci yerdə hakim YAP və bitərəflər gəlir. Hakim partiyadan namizədlərin sayı 2171, bitərəflərin sayı isə 2096 nəfərdir.


XS
SM
MD
LG