Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:01

Haqqında ölüm hökmü etiraz doğuran iranlı qadın edam olunub


Reyhaneh Jabbari
Reyhaneh Jabbari

-

İranda keçmiş xüsusi xidmət əməkdaşını öldürməkdə təqsirləndirilən Reyhaneh Jabbari oktyabrın 25-də asılaraq edam olunub.

Reyhaneh Jabbari isə bildirirdi ki, Morteza Abdolali Sarbandi-ni özünümüdafiə məqsədi ilə bıçaqlayıb. O, Sarbandi-nin onu zorlamaq istədiyini iddia edirdi.

Məhkəmə zorlama ittihamını rədd edib. Məhkəmənin gəldiyi qənaətə görə, 27 yaşlı Reyhaneh Jabbari Sarbandi-ni vurmaq üçün bıçağı əvvəlcədən alıbmış:

«Bıçaq zərbəsi mərhumun belinə endirilib ki, bu da qətlin özünümüdafiə məqsədi güdmədiyini göstərir».

İstintaq materiallarına əsasən, Reyhaneh qətldən üç gün əvvəl Sarbandi-ni öldürəcəyi haqda dostuna telefonla mesaj da yazıb.

Qətl hadisəsi 2007-ci ildə baş verib. Jabbari barəsində edam qərarı 2009-cu ildə çıxarılsa da, hökm İran Ali Məhkəməsi qərarı qüvvədə saxladıqdan sonra icra olunub. Öldürülən şəxsin ailəsi «qan pulu» müqabilində Jabbari-nin həyatını xilas edə bilərdi. Lakin onlar bundan imtina ediblər.

«Amnesty International» edamdan əvvəl yaydığı bəyanatda istintaqın yanlış aparıldığını, Jabbari-nin iddialarının lazımınca araşdırılmadığını bildirib.

Ölüm hökmünə qarşı çıxan «Amnesty International» uzun illərdir buna görə İranı tənqid edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG