Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:45

Misirin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib


Misir ordusu
Misir ordusu

-

Misir hökuməti Sinay yarımadası ətrafındakı bölgələrdə üçaylıq fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyətə səbəb oktyabrın 24-də təhlükəsizlik əməkdaşlarına qarşı iki hücum səbəb olub. Son məlumatlara görə, bu hücumlar nəticəsində ən az 33 nəfər həlak olub.

Ekspertlərin fikrincə, bu hadisə islamçı prezident Mohamed Morsi-nin devrilməsindən sonra hökumət qüvvələrinə qarşı hücumların ən böyüyüdür.

İlk hücum ötən cümə Sinay yarımadasının əl-Xaruba rayonunda 30 nəfərin həyatına son qoyub. Bir neçə saat sonra təcavüzkarlar əl-Əşirə şəhərindəki nəzarət-buraxılış məntəqəsinə atəş açıblar. Azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Hücumların arxasında kimlərin durduğu hələlik məlum deyil. Bununla belə, hadisəni bundan əvvəl bir neçə hücumun məsuliyyətini öz üzərinə götürmüş «Ənsar Beyt əl-Makdis» qruplaşmasının törətdiyi ehtimal olunur.

XS
SM
MD
LG