Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:21

-

Şərq qapısı 24.10.2014

NÖVBƏTİ ƏMƏK YARMARKASI ŞAHBUZ RAYONUNDA KEÇİRİLİB

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, oktyabrın 23-də Şahbuz rayonunda keçirilən əmək yarmarkasına 13 təşkilatdan 120 boş iş yeri təqdim olunub.

İşə götürən müəssisə və təşkilatların nümayəndələri məşğulluq mərkəzlərinin mütəxəssisləri ilə birlikdə işaxtaran vətəndaşları müasir dövrdə əmək bаzаrındа işçi qüvvəsinə yaranmış tələbаtla bağlı ətraflı şəkildə məlumatlandırmalı, onlara arzuladıqları işlə təmin olunmaq üçün zəruri tövsiyələr verməlidirlər.

İşaxtaran vətəndaş Nihad Baxşəliyev belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.

Növbəti bu qəbildən olan yarmarka bu gün Culfa rayonunda keçiriləcək.

NAXÇIVANA SƏYAHƏT

Cənubi Qafqaz və Yaxın Şərq üzrə ekspert, jurnalist Nadana Fridrixson IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olub. Forumun bir qrup iştirakçısı ilə Naxçıvana gələn Nadana Fridrixson qayıtdıqdan sonra Rusiyanın “Qafqaz siyasəti” portalında səfər təəssüratlarını bölüşüb:

HAVA LİMANINA ENDİYİMİZDƏ NECƏ QARŞILANDIQ?

İlk olaraq, jurnalistlər müxtəlif ölkələrdən gəlmiş qonaqların təyyarədən düşməsini foto və videolentə alırdılar. Daha sonra onlar Naxçıvanın qonaqlarından müsahibələr alaraq Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forum barədə və elə şəhərin özü haqqında təəssüratlarını soruşurdular. Bizi biri rusdilli nümayəndələr, digəri isə digər əcnəbilər üçün ayrılmış avtobuslara dəvət edib bələdçilərlə tanış etdilər…

NAXÇIVANA UÇUB GƏLİN

Qaldı iki il bundan əvvəl Moskvada keçirilmiş sərgidə “Naxçıvana uçub gəlin” adının təzələnməsinə.

Siz peşman olmazsınız: dağlar, gur sulu Araz çayı, orta əsrlərə aid daş abidələr, üçrəng çalarlı təpələr – bütün bunlar bizim düşündüyümüzdən daha cazibədardırlar.

XS
SM
MD
LG