Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

-

24 oktyabr AMEA İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və tanınmış türkoloq-dilçi alim, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” I Beynəlxalq simpoziumu başa çatıb.

AMEA-nın yaydığı xəbərə görə, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev çıxış edərək simpoziumun öz işini uğurla sona çatdırdığını, tədbir çərçivəsində türkologiya elminin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını bildirib.

O qeyd edib ki, simpoziumda türk dillərinin aktual problemlərinin müzakirəsinə həsr olunan “Ortaq türkcə: əlifba, imla, termin”, “Türk dilləri: axtarışlar, problemlər” və “Dilin tarixinə nəzər” bölmələrində Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin məruzələri dinlənilərək bilik, təcrübə mübadiləsi aparılıb.
Natiq iki ildən bir keçirilməsi planlaşdırılan simpoziumun fəaliyyətinin daha da səmərəli olacağına, əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliyini ifadə edib. 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan növbəti Türkoloji Qurultayla bağlı məlumat verib.

Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müaini, filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva, professorlar Zeyneb Korkmaz (Tükiyə), Erden Kajibek (Qazaxıstan), Hamza Zülfikar (Türkiyə), Qafqaz Universitetinin əməkdaşı Səid Şimşək və başqaları çıxış edərək dünyanın müxtəlif ölkələrdən tanınmış dilçi alimləri bir araya toplayan simpoziumun əhəmiyyətindən söz açlblar, ölkələr arasında elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda simpozimun təşkilində fəal iştirak edən əməkdaşlar mükafatlandırılıb və simpozium iştirakçıları adından ölkə Prezidentinə müraciət səsləndirilib.

3 gün davam edən beynəlxalq simpoziumda 12-dən çox xarici ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya və Bolqarıstandan olan nümayəndələr iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG