Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

«Bakı-Xəbər»: «Xırda məmurlar iri məmurların qurbanına çevrilir»


«Bakı-Xəbər» qəzetindəki «Xırda məmurlar iri məmurların qurbanına çevrilir» başlıqlı məqalədə müəllif yazır ki, Respublika Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinin rəisi Nazim Abbasovun sözlərindən belə aydın olur ki, korrupsiya faktları ilə əlaqədar 85 nəfərə qarşı 38 cinayət işi qaldırılıb. Cinayət faktları, əsasən, rüşvətalma, vəzifədən sui-istifadə, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama ilə bağlı olub. Açıqlamalardan aydın olur ki, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hədəfində, əsas etibarilə, əgər belə demək mümkündürsə, xırda məmurlar olub. Sözügedən idarə, nədənsə, bu vaxta kimi əsas korrupsioner sayılan iri çinli məmurlardan kiminsə ifşa edilməsinə nail olmayıb. Ekspertlər belə hesab edirlər ki, sözügedən idarənin fəallaşması və daha çox xırda məmurları hədəf seçməsində əsas məqsəd son vaxtlar korrupsiyaya görə mövcud hakimiyyətin beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqid olunmasıdır.


«Mərkəz» qəzetinin əməkdaşı ötən gün axşam saatlarında metronun «Məşədi Əzizbəyov» stansiyasında yerləşən ticarət obyektlərinin yığışdırılması səbəblərini araşdırıb. Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib ki, artıq metroda ticarət obyektlərinin fəaliyyəti üçün sahibkarlarla müqavilə bağlanıb. Həmin sahibkarlar metroda ticarət obyektləri açaraq icarəyə verəcək. Və metropolitenə haqq ödəyəcək. Xanım Tanrıverdiyeva bu yolla metropolitenin büdcəsinin artırılacağını söyləyib. Onun sözlərinə görə, gediş haqqı aşağı olduğundan metroda ticarətin ləğv edilməsi mümkün deyil. Mətbuat Xidmətinin rəhbəri buna görə də yaxın vaxtlarda gediş haqqının artırılacağını istisna etmir. Amma metropoliten səlahiyyətlisi «Məşədi Əzizbəyov» stansiyasında ticarətin yer haqqı və digər səbəblərdən yığışdırıldığı barədə deyilənləri təkzib ebib. Onun sözlərinə görə, metroda təmir-bərpa işlərinə başlanılacağından ticarət obyektləri yığışdırılıb.


«Yeni Müsavat» qəzetindəki «Hacının cinayətlərilə bağlı yeni nüanslar» başlıqlı məqalədə müəllif Azərbaycanın hüquq-mühafizə orqanlarının açılmamış cinayəti kiminsə «boynuna yükləməsi» ilə bağlı konkret faktları açıqlayır. Söhbət ADP sədri Rəsul Quliyevin qohumu Ülvan Bağırovun oğurlanması faktlı ilə bağlı Əbdül Əbiyev adlı bir şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi və sonradan bu cinayətin Hacı Məmmədovun dəstəsinə aid olmasının üzə çıxmasından gedir. Başqa bir fakt isə Hacı Məmmədovun bandası tərəfindən 1996-cı ildə oğurlanan İlham Qədimzadə ilə bağlı Abuzər Abuzərova, onun atasına və Sayad Allahverdiyevə də qarşı ittiham irəli sürülməsidir.


«Şərq» qəzeti yazır ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­sin­də qey­ri-mü­əy­yən si­tua­si­ya da­vam edir. Be­lə ki, ha­zır­da bu prob­le­min həl­li is­ti­qa­mə­tin­də elə bir cid­di ad­dı­mın atıl­dı­ğı mü­şa­hi­də edil­mir. Bu ba­xım­dan, ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri də fəa­liy­yət­siz ki­mi gö­rü­nür­lər. Amma bu müd­dət ər­zin­də onların dav­ra­nış­la­rın­da na­ra­hat­lıq do­ğu­ra bi­lə­cək mü­əy­yən mə­qam­lar da mü­şa­hi­də edi­lir. Ən əsa­sı isə, həm­sədr­lə­rin açıq­la­ma­la­rın­da möv­qe ar­dı­cıl­lı­ğı nə­zə­rə çarp­mır. Be­lə ki, on­la­rın re­gio­na «tu­rist sə­fər­lə­ri» çər­çi­və­sin­də səs­lən­dir­dik­lə­ri açıq­la­ma­lar­da zid­diy­yət­li fi­kir­lər həd­din­dən ar­tıq çox­dur.


XS
SM
MD
LG