Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Serbiyaya 3:0 texniki qələbə verildi, 3 xalı isə alındı


Foto arxiv
Foto arxiv

Ötən həftə Belqradda Albaniya yığması ilə oyuna görə Serbiyaya 3:0 texniki qələbə verilib.

Amma eyni zamanda yığmanın 3 xalı alınıb.

Bundan başqa hər iki komanda 100 min avro cərimə olunub və Serbiya evində keçirəcəyi növbəti 2 oyunu azarkeşsiz oynamalı olacaq.

Bu barədə UEFA məlumat yayıb.

Oktyabrın 14-də Avro 2016-nın qrup mərhələsində Belqradda keçirilən bu görüşdə qalmaqal yarandı və oyun dayandırıldı.

Buna səbəb alban azarkeşlərin meydana “Böyük Albaniya”-nın xəritəsini əks etdirən bayraq buraxması oldu.

XS
SM
MD
LG