Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:51

-

Noyabrın 5-dən 6-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən təşkil edilən konfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilçilərini və mütəxəssisləri bir araya gətirəcək.

Dövlət Musiqili Teatrında gerçəkləşəcək konfrans «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub.

III Bakı Beynəlxalq Teatr Konfransı bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək.

Konfransa ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s. ölkələrdən nümayəndələr qatılacaq.

Tədbir çərçivəsində "Müasir teatrşünaslıq" (akademik Nelli Korniyenko, Ukrayna), "Rejissor və aktyor sənəti" (Paddi Kannin, Böyük Britaniya), "Səhnəqrafiya" (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.

Bakıda ilk beynəlxalq teatr konfransı 2010-cu ildə, ikinci konfrans 2012-ci ildə keçirilib .

Günün bütün mövzuları

XS
SM
MD
LG