Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:54

İsveç admiralı:"Ən azı bir sualtı qayıq olub"


 Stokholm
Stokholm

İsveç bildirir ki, Stokholm yaxınlığında sularda azı bir sualtı qayıq olub. Bunu admiral Anders Grenstad oktyabrın 24-də jurtnalistlərə deyib.

Admiral mətbuat konfransını İsveç sularında sualtı qayıq axtarışı bitəndən bir neçə saat sonra keçirib. İsveç bir həftədir ki, sularda sualtı qayıq axtarırdı.

İsveç mediası həmin qayığın Rusiyanın olduğunu ehtimal edir, ancaq Rusiya bunu təkzib edir. Rusiyanın fikrincə, bu qayıq İsveçlə təlim keçmiş Hollandiya qayığı ola bilər, ancaq Hollandiya da bunu inkar edir.

İsveç hərbçiləri isə heç bir ölkəni ittiham etmirlər.

XS
SM
MD
LG