Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:09

Vasif Talıbov İran ostandarı ilə göruşüb


Vasif Talıbov, Naxçıvan Ali Məclisinin sədri

Vasif Talıbov, Naxçıvan Ali Məclisinin sədri

İranın Qərbi Azərbaycan Vilayətinin nümayəndə heyəti Naxçıvanda səfərdədir. Oktyabrın 23-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov vilayətin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Vasif Talıbov Naxçıvanla İranın qonşu vilayətləri arasında əlaqələrin mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini bildirib.

Ali Məclisin sədri münasibətlərin bundan sonra da dostluq və qardaşlıq müstəvisində inkişaf edəcəyinə inandığını deyib.

Qurbanəli Səadət də öz növbəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə və İranın Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG