Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Mali Ebola xəstəliyi tapılan 6-cı Afrika ölkəsi oldu


Mali Afrikada Ebola xəstəliyi tapılan 6-cı ölkə oldu.

Oktyabrın 23-də həkimlər 2 yaşında uşaqda Ebola xəstəliyi tapıblar.

Həmin körpə bu yaxınlarda Qvineyada olub.

İndiyədək 4900 adam öldürən bu xəstəliyin indiki epidemiyası məhz Qvineyadan başlanıb.

Xəstəlikdən ən çox ölənlər Liberiya, Syerra Leone və Qvineyadadır.

Oktyabrın 24-də Avropa Birliyi liderləri Ebola ilə mübarizə fondunu 1 milyard avroya çatdırmağa qərar veriblər.

Bu qərar Brüsseldə Avropa Birliyi ölkələrinin sammitinin ikinci günündə verilib.

XS
SM
MD
LG