Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:33

-

Oktyabrın 23-də Yaponiya paytaxtında 7-ci Tokio Beynəlxalq Film Festivalının (TİFF 2014) açılış mərasimi olub.

Ropponqi Hillsdə keçirilən mərasimdə festival filmlərinin yaradıcı heyəti ilə yanaşı, Yaponiyanın baş naziri Şinzo Abe də iştirak edib. Dünyanın tanınmış kino xadimlərini möhtəşəm Tokio Beynəlxalq Film Festivalında salamlamaqdan məmnun olduğunu vurğulayan baş nazir bütün iştirakçılara uğurlar arzulayıb.

​Sayca 27-ci olan festivalın təşkilatçıları onu dünya kino sənətinin doqquz gün davam edəcək bayramına çevirməyə çalışacaqlarını, nümayiş etdiriləcək filmlərin isə yaşından və zövqündən asılı olmayaraq bütün tamaşaçıların ruhunu oxşayacağını bildiriblər.

Festivalda kinosevərlərin tamaşa edəcəyi ilk ekran əsəri ABŞ rejissorları Don HallChris Williamsın “Böyük qəhrəman 6” filmidir.

Festivalın proqramına Azərbaycan istehsalı olan “Nabat”(rejissor: Elçin Musağolu) tammetrajlı bədii filmi də daxil edilib.

Festivalda müsabiqəyə Azərbaycan filmi ilə yanaşı, Norveç, Almaniya, Fransa, Belçika, İtaliya, ABŞ, Bolqarıstan, Yunanıstan, Argentina, İran, Polşa, Rusiya, Malayziya və Çinin kinostudiyalarında istehsal olunmuş 14 film buraxılıb.

Həmin filmlər 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib.

TIFF2014

TIFF2014

Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H. Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildirlər.

Müsabiqəyə buraxılan “Nabat” filmi doqquz gün ərzində Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və digər kino salonlarında nümayiş olunacaq..

Doqquz gün davam edəcək festivala yapon rejissoru Takaşi Yamazakinin “Parazit” filminin nümayişi ilə yekun vurulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG