Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:20

Ukraynada deputatlığa namizəd sıravi adamlar- qəhrəmanlar - Mətbuat icmalı


Donetskdə küçədə təhqir olunan Irina Dovgan
Donetskdə küçədə təhqir olunan Irina Dovgan

-

Xaricilərə yaşamağa ən yaxşı ölkə İsveçrədir. Bir qərbli isə Rusiyada adamların bir-birinə gülümsəməməsinə fikir verib.

Ukraynada deputatlığa namizədliyini irəli sürən sıravi adamlar- qəhrəmanlar.

Obama vaxtilə ağılsız müharibələri sevmədiyini deyirdi.

Erdogan ABŞ və ya kürdləri qəzəbləndirməklə nə qazanır?

Dünya mediası bu gün nədən yazır?

HSBC Bankı hər il xüsusi hesabat hazırlayır- dünyada xaricilərin yaşamasına ən yaxşı yer haradır?

Bu ilki sorğu 34 ölkədə xaricilər arasında keçirilib.

Sorğu iş şəraiti, gəlirlər, uşaqları böyütmə, ümumi yaşayış əhvalı kimi sahələri əhatə edir.

Moscow Times qəzeti yazır ki, İsveçrə ikinci ildir ki, bu siyahıda birinci yeri tutur. İsveçrədə yaşayan xaricilər iqtisadi imkanlardan həddən artıq razıdırlar. Həyatın keyfiyyəti də onları çox razı salır.

Siyahıda ikinci yerdə Sinqapur, 3-cü yerdə Çin, 4-cü yerdə Almaniya, 5-ci yerdə Bəhreyndir.

Rusiya bu sorğuda 17-ci yeri tutub, ancaq ABŞ və Yaponiyanı geridə qoyub. ABŞ ümumiyyətlə, 30-cu yerdədir.

Rusiyada yaşayn xaricilər burda sosial həyatdan, özlərinə dost tapa bilmək imkanlarından razıdırlar. İş şəraitinə görə, Rusiya hətta 3-cü yeri tutub. Rusiya yerli dili öyrənmək imkanlarında siyahıda lap yuxarıdadır. Ancaq xaricilərin bu dildən istifadə etməsində 17-ci yerdədir.

Rusiyada qərblilərə qəribə görünən hallar da var. Bunlardan biri insanların gülümsəməməyidir. Rusiyada yaşayan xaricilərdən biri bankın internetlə apardığı sorğuda suala cavab verərkən yazıb: “Əgər Rusiyada biri gülümsəmirsə, bunu öz ünvanınıza qəbul etməyin. Gənc nəsil daha mehribandır və bir çox hallarda ingiliscə danışırlar”.

XAOS VƏ QƏHRƏMANLIQ

Ukrayna seçkiləri: Xaos və ruh yüksəkliyi. BBC-nin müxbiri Steve Rosenberg oktyabrın 26-sı parlament seçkiləri ərəfəsi Ukraynanın şərqindən Kiyevə doğru səyahət edib. O yazır ki, yol boyu gördüyü xaos və ruh yüksəkliyi olub.

Ukraynada bu son aylar sıravi adamlar adi həyatda görünməyən qəhrəmanlıqlar ediblər.

Deputatalığa namizədliyi irəli sürənlərdən biri İrina Dovgandır. O, Donetsk yaxınlığında yaşayır. Rusiyapərəst yaraqlılar buranı tutandan sonra o, Ukrayna ordusuna kömək etmək qərarına gəlib. O, rəfiqələri ilıə birlikdə ərzaq, uniforma paltar, yataq dəsti toplayıb əsgərlərə aparıb.

O deyir: “Əsgərlərin kamufulyaj geyimi yox idi, onların yalnız qısaqol köynəyi var idi” . O deyir ki, 2 saat maşınla yol gedəndən sonra əsgərlərə çatıblar. Onlar mat qalıb ki, “siz bu yolu necə gəlmisiniz? Burda hər yer minalıdır”.

Geri qayıdanda isə yaraqlılar bundan xəbər tutdular, onun evinə gəlib, əlini qandallayıb, Donetskə apardılar. O deyir ki, silahı onun başına dayadılar və qulağının yanında atəş açdılar, sonra onun silahın qundağı ilə döyməyə başlayıblar. O deyir ki, onu öldürmədilıər, küçənin ortasına çıxarıb, küçədə, Ukrayna bayrağına bürünüb, dayanmağa məcbur etdilər. Onun sinəsinə “Ukrayna casusu”, “uşaq qatili” yazılmışdı. Küçədən keçənlər ona yaxınlaşır, döyürdülər, vururdular. 4 gün sonra Ukrayna ordusu Slavyanskı azad etdi və Dovgan da azadlığa çıxdı.

O, indi Slavyanskdan namizədliyini irəli serb.

Müxbir soruşub ki, o niyə, yaraqlıların güclü dayaq məntəqələrindən biri olmuş Slavynaskdan deputat olmaq istəyir? Dovgan cavab verib ki, burda onu çox təhqir ediblər, o göstərmək istəyir ki, o sınmayıb.

AĞILSIZ, AXMAQ MÜHARİBƏ

Washington Post qəzetində Eugene Robinson yazır ki, Obama 2002-ci ildə senator olanda deyirdi: “Mən bütün müharibələrin əleyhinə deyiləm, mən axmaq müharibələrin əleyhinəyəm”. “Mən hüsablanmamış, səhv müharibənin əleyhinəyəm”.

Müəllif yazır ki. ABŞ-ın İslam Dövləti yaraqlılarına qarşı müharibəsini tələsik, hesablnamamış müharibə adlandırmaq olmaz. Çünki hərəkət etmək qərarını verməyə ABŞ xeyli düşünüb.

Ancaq Obamanın xoşlamadığı müharibənin tələsiklik tərəfi ilə problem yoxdursa, axmaq, ağılsız tərəfi ilə deyəsən problem var.

İslam Dövləti yaraqlıları ilə müharibənin məqsədi, parametrləri və gələcəyi barədə artan qeyri-müəyyənlik var. Amerikalıların bütün bu işin taleyindən narahat olmağa haqqı var.

ERDOGAN NƏ QAZANIR?

New York Times qəzeti yazır ki, Kobaninin məğlub olmağına yol vermək olmaz. Bura strateji məntəqədədir. Kobani duruş gətirə bilsə, İslam dövləti yaraqlıları ilə müharibənin gələcəyinə inam artacaq. Ancaq qəzet yazır ki, Erdogan Türkiyə ərazisindən yalnız 200 kürd döyüşçüsünün Kobaniyə getməsinə icazə verdi. Bu, azdır. Çünki Kobanidə azı 1000 İD yaraqlısı var.

Qəzet yazır ki, Türkiyə kürd qrupları ilə müxtəlif əlaqələri olan Suriya lideri Bashar Assadi daha böyük təhlükə sayır, nəinki İD yaraqlılarını. İD yaraqlıları Bashar Assadi devirmək istəyəndə Türkiyə Suriyaya silah, pul, döyüşçü göndərilməsinə imkan verirdi.

İndi Amerika İD ilə müharibəyə başlayanda, Türkiyə deyir ki, o, Amerika ilə birlikdə işləyəcək. Ancaq Türkiyə ehtiyatlıdır. Nə özü müharibəyə qoşulur, nə də istənilən qədər kürdün Suriyaya keçməsinə imkan verir.

Erdoganın bütün bu davranışı ilə, yəni ABŞ və ya İraq kürdlərini əsəbiləşdirməyi ilə nə qazandığını demək çətindir. Bunu yazan qəzet onu da bildirir ki, Obamanın Suriya əməliyyatına vaxtından tez başlaması və ya Obamaya məsləhətlərin düzgün verilməsi ilə bağlı çoxlu qeyri-müəyyənliklər var. Ancaq təhlükəsizlik məsələsində ABŞ-ın öz yaxın tərəfdaşı ilə tam əməkdaşlığının olmaması İD yaraqlıları ilə müharibənin uğurunu şübhə altına lır.

XS
SM
MD
LG