Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

Məhkəmədə İntiqam Əliyevin halı pisləşib


İntiqam Əliyev
İntiqam Əliyev

-

Hüquq müdafiəçisi İntiqam Əliyevin həbs müddəti 3 ay uzadılıb.

Bu barədə onun qızı Nərmin Kamil öz facebook səhifəsində yazıb.

Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsində ittihamçı tərəfin İntiqam Əliyevin həbs müddətinin uzadılması və müdafiə tərəfinin onun ev dustaqlığına buraxılması haqqında vəsatətlərinə baxılıb.

Onun vəkili Cavad Cavadlı məlumat verir ki, məhkəmədə İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib:

«İntiqam Əliyevin səhhəti qəfildən korlanıb, özündən getmə həddinə çatıb. Buna səbəb onun hava çatışmazlığı olan 8-9 nəfərdən ibarət konvoy maşınında məhkəməyə gətirilməsidir. Onun sağ ayağı tutulub».

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG