Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

İlham Əliyev Avropa İnsan Haqları Məhkəməsinin sədrini qəbul edib


İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Dean Spielmann

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Dean Spielmann

Prezident İlham Əliyev oktyabrın 24-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Dean Spielmannı qəbul edib.

AzərTAc-ın məlumatına görə, Dean Spielmann görüşdə Bakıda keçirilən «İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu» mövzusunda beynəlxalq konfransından danışıb. O bu konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini qeyd edib.

İlham Əliyev Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini deyib.

Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG