Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:18

Oktyabrın 24-də Naxçıvan şəhər Məhkəməsində hüquq müdafiəçisi İlqar Nəsibovun Fərid Əsgərova qarşı iddiası ilə bağlı hazırlıq iclası keçirilib. Bu haqda AzadlıqRadiosuna İlqar Nəsibovun həyat yodaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib:

«Hakim Mehman Allahverdiyevdir. Hazırlıq iclasında bəzi hüquqlarımız izah olundu. Oktyabrın 27-də isə Fərid Əsgərovun İlqara qarşı iddiasına baxılacaq. Bu məhkəmədə İlqarın müdafiəsini özümüz təşkil edəcəyik. Bakıdan vəkilin gəlməsi ilə bağlı müəyyən problemlər var».

Növbəti məhkəmə noyabrın 4-ə təyin olunub.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.

Hadisədə əli olanlardan biri Fərid Əsgərova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılmışdı. Daha sonra Fərid Əsgərov eyni ittihamla İlqar Nəsibovdan şikayətçi olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG