Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunusun haqqındakı həbs-qətimkan tədbirini gələn il fevralın 28-dək uzadıb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Qənbərov deyib.

Vəkil onu da deyib ki, hüquq müdafiəçisi oktyabrın 23-də Kürdəxanı istintaq təcridxanasında Avropa Şurası insan haqları Komissarı Nils Muizniekslə görüşüb və bu görüşdən məmnun qaldığını bildirib.

Elçin Qənbərovun sözlərinə görə, Leyla Yunus siyasi məhbusların problemlərini həll etmək məqsədilə yaradılan «İnsan hüquqları üzrə Birgə Qrup»u «oyuncaq», «teatr» adlandırıb. O bu qurumun siyasi məhbus problemini həll etməyəcəyi qənaətindədir.

Birgə Qrupda hökumət, vətəndaş cəmiyyəti fəalları ilə yanaşı Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi də təmsil olunur.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus vətənə xəyanətdə və vergidən yayınmada ittiham olunurlar. Beynəlxaq birlik onları siyasi məhbus hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG