Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Musiqili Teatrda yeni Məşədi İbad görünəcək


Aktyor Şövqi Hüseynov:" Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı yaratmağı bacarmışam”
Aktyor Şövqi Hüseynov:" Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı yaratmağı bacarmışam”

-

“Mənim oynadığım Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq”

Bu sözləri Dövlət Musiqili Teatrında Ü. Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad obrazını canlandıran aktyor Şövqi Hüseynov deyib.

Oktyabrın 26-da premyerası olacaq tamaşada Məşədi İbad obrazını Əməkdar Artist Şövqi Hüseynov canlandıracaq.

Aktyor teatrın mətbuat xidmətinə müsahibə verib:

“İndiyədək Məşədi İbadı Mirzağa Əliyev, Əliağa Ağayev, Lütfəli Abdullayev, Hacıbaba Bağırov kimi görkəmli sənətkarlar oynayıblar və məhz onların misilsiz ifaları sayəsində tamaşaçılarda bir klassik Məşədi İbad obrazı formalaşıb. Onlardan sonra bu obrazı canlandırmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir”.

Şövqi Hüseynov bu rola dəvət alanda hansı yükün altına girdiyini anladığını söyləyib:

“O, çirkin, yekəqarın və qoca deyil. Gülnaza görə yaşlı olsa da, pəhriz saxlayan, tacir, orta yaşlarında bir kişidir. Mən pariksiz - saçımı qırxdırmışam – cavan Məşədi İbadı canlandıracağam. Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı yaratmağı bacarmışam”.

Teatrın mətbuat xidməti Üzeyir bəyin sənət heyranlarını tamaşaya baxmağa dəvət edir.

İlk tamaşa oktyabrın 26-da saat 19-da baş tutacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG