Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

İki il öncə Qax-Zaqatala-Balakən bölgəsində baş vermiş zəlzələdən zərər çəkən sakinlərin evlərinin bərpası adı ilə onların etibarından sui-istifadə edərək külli miqdarda əmlakı ələ keçirmiş şəxs saxlanılıb. Bu haqda Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumatda o da deyilir ki, Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi nazirliklə birgə əməliyyat keçirib.

Həmin tədbirlər nəticəsində nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun sabiq kiçik elmi işçisi Feyruz Məmmədov 2 min manat alarkən cinayət başında yaxalanıb. Onun bu pulu «özgənin əmlakını ələ keçirmək məqsədilə zəlzələ nəticəsində zərər dəymiş evlərin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində Bakı şəhər sakinindən aldığı» deyilir.

Feyruz Məmmədovun zəlzələ nəticəsində zərər dəymiş evlərin qəzalı kimi qeydiyyata alınaraq sökülüb yenidən tikilməsi, eləcə də təmir və tikinti işlərinin aparılması üçün nazirliyin tərtib etdiyi siyahıda adlarının əvvələ salınması üçün Qax rayon sakinlərindən ümumilikdə 42 min manat pul aldığı da bildirilir.

Adıçəkilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG