Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

Elmira Axundova: «Üç qəzet biri-birini təkrarlayır»


Deputat Elmira Axundova

Deputat Elmira Axundova

-

«Mən istərdim ki, nəinki, «Azərbaycan» qəzeti, başqa iqtidaryönlü qəzetlər də bir-birinə oxşamasınlar, səhifələrində, maraqlı, açıq fikirli məqalələr dərc etsinlər».

Bunu Modern.az-a açıqlamasında deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, dövlət qəzetləri bir-birini təkrarlayır:

««Azərbaycan» qəzeti daha rəsmi orqandır və samballı qəzetdir. Amma mən həmişə demişəm ki, «Respublika», «Azərbaycan» və «Xalq qəzeti» bir-birini təkrarlayır, 4-5 səhifə eyni materialları çap edirlər. Mən istərdim ki, bu qəzetlərdə rəngarənglik, müxtəliflik olsun. Senzura da yoxdur, daha sərbəst formatda yazılmış, daha açıq gözlə baxılan, problemli məqalələr çox olsun. Naliyyətlərimiz böyükdür, iqtisadiyyatda öndəyik. Amma mənəviyyatda ciddi problemlər var. Təhsildə reformalar gedir, amma nöqsanlar var. Xüsusilə məişət zorakılığı məsələsi və qadına qarşı zorakılıq faktları artır. Kütləvi qırğınlar var. Mənəvi-psixoloji problemlər, cavan ailələrin, sosial, rayonlarda işsizlik probleminin kökləri araşdırılsın».

Günün bütün mövzuları

XS
SM
MD
LG