Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17

Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər


Arxiv foto

Arxiv foto


Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzərTAc-a bildirib ki, Azərbaycanda səfərdə olan Cənubi Koreyanın torpaq, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Kyungsikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səhmdar cəmiyyətdə görüş keçirilib.

QSC sədri Zaur Hüseynov Bakı Metropoliteni və onun gələcək perspektivləri, görüləcək işlər haqqında qonaqlara geniş məlumat verib.

K.Kyungsik Cənubi Koreya şirkətlərinin metro tikintisindəki təcrübəsi, digər ölkələrdə fəaliyyətləri barədə danışıb.

Görüşdə koreyalı qonaqlar Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində nəzərdə tutulan stansiyaların inşasında iştirak etmək istədiklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG