Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:30

Nyu Yorklu həkimdə Ebola tapılıb


Ölümcül infeksiya sayılan Ebolanın ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır.

Ölümcül infeksiya sayılan Ebolanın ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır.

Qərbi Afrikada Ebola xəstələri ilə işləyəndən sonra Nyu Yorka qayıtmış amerikalı həkimdə həmin virus aşkarlanıb. Bu, Nyu Yorkda ilk belə haldır.

Nyu York şəhərinin meri Bill de Blasio oktyabrın 23-də keçirdiyi mətbuat konfransında bunu elan edib. Simptomlar aşkarlanmış həkim xəstəxanaya yerləşdirilib.

Craig Spencer adlı həkim Sərhədsiz Həkimlər təşkilatı ilə işləyib.

Nyu Yorkun qubernatoru Andrew Cuomo deyib ki, Birləşmiş Ştatlara qayıdandan sonra bu ayın əvvəlində Qvineyadan qayıdan həkim “çox az adamla” ünsiyyətdə olub.

Mali rəsmiləri isə 2 yaşlı qızın Ebolaya yoluxduğunu deyir. Bu da Malidə birinci haldır. O, qonşu Qvienyadan təzəlikcə qayıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG