Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək


Wendy Sherman,ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi

Wendy Sherman,ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi

ABŞ-ın İranın nüvə danışıqlarında təmsilçisi Vaşinqton Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirir. ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Wendy Sherman Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edib. O, xəbərdarlıq edib ki, nüvə silahlı İran regionda silahlanmaya gətirər və gələcəkdə də sabitsizlik və təhlükə yaradar.

Sherman Birləşmiş Ştatların öz məqsədinə diplomatik yollarla çatmağa üstünlük verdiyini deyib. Lakin əlavə edib ki, “İran nüvə silahı əldə etməyəcək, etməməlidir”.

Sherman danışıqların ziddiyyətli keçdiyini etiraf edib, ad çəkməsə də, bəzilərinin uğura, bəzilərinin uğursuzluğa ümid bəslədiyini söyləyib.

İran və dünyanın 6 dövləti noyabrın 24-dək İranın nüvə proqramına dair yekun razılaşma əldə etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG