Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

Qənimət Zahid məhkəməyə cəlb olundu


Qənimət Zahid,“Azadlıq” qəzetinin baş redaktoru

Qənimət Zahid,“Azadlıq” qəzetinin baş redaktoru

Oktyabrın 23-də Yasamal Rayon Məhkəməsi vəkil Əlayif Həsənovun işi üzrə xüsusi ittihamı icraata qəbul edib.

Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla bir kamerada saxlanan Azərbaycan vətəndaşı Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Media forum” saytına açıqlamasında Əlayif Həsənov bildirib ki, onun hüquqlarını vəkillər Cavad Cavadov, Muxtar Mustafayev və dövlət hesabına təyin olunmuş daha bir vəkil müdafiə edəcək:

“Mənə də, vəkilim Cavad Cavadova da prosesin bu gün saat 17-də başlayacağı deyilmişdi. Ancaq proses saat 12-də Muxtar Mustafayevin iştirakı ilə keçirilib. Xüsusi ittihamı icraata qəbul ediblər. İşə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də cəlb olunub. Proses oktyabrın 29-da davam edəcək”.

Bir müddət öncə Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır, içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir. Bu açıqlama “Azadlıq” qəzetində də dərc olunub.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hazırda Fransada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG