Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilir.
Azərbaycanın "Qarabağ" klubu da növbəti oyuna çıxır. Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağıdır. İki oyundan sonra hər iki komandanın 1 xalı var. Kiyevdə keçirilən oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayır.
Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 oynayan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə məğlub olub.