Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

Fransa bu il dünyanın ən böyük şərab istehsalçısı adını özünə qaytaracaq


Fransa dünyada ən böyük şərab istehsalçısı adını bu il özünə qaytarmaq əzmindədir. Frans Pressin məlumatına görə, bu proqnozu Beynəlxalq Şərab təşkilatı verib.

Bu il Fransada 46 milyon hektalitr şərab istehsal olunmalıdır.

İtaliyada isə 44 milyon hektalitr şərab istehsal olunacaq, bu da keçən ilki 52,4 milyon hektalitrdən xeyliu azdır. İtaliyada şərab istehsalının bu il azalması nəm və soyuq yayla bağlıdır.

3-cü yerdə İspaniyadır. Bu il burda 37 milyon hektalitr şərab istehsal olunmalıdır. Bu da keçən ilki 45,6 milyon hektalitrdən azdır.

Dünyada şərab istehsalının ümumi həcmiə isə dəyişməz qalır. Buna səbəb ABŞ-da şərab istehsalının artıb sürətinin qalmasıdır.

ABŞ-da bu il 22 milyon hektalitr şərab istehsal olunacaq.

Çilidə istehsal 10 milyon hektalitrdir.

Yeni Zelandiya bu il rekorda gedir. Burda bu il 3 milyon hektalitr şərab düzələcək.

XS
SM
MD
LG