Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Mike Tysonun üzvlük müraciəti və kitabı Rusiya Yazıçılar Birliyinə təqdim olunub


“Üzvlük prosedurasına uyğun olaraq kitabın özünü və Mike Tysonun müraciətini Rusiya Yazıçılar Birliyinə verdim. İndi yaxın vaxtlarda Moskva bölməsinin rəhbəri Vladmir Boyarinov idarə heyətini toplayacaq. Onlar həm kitaba, həm də müraciətə baxacaqlar. Qərar nə vaxt veriləcək, - deyə bilmərəm. Ancaq prosedura işə salındı”.

Bunu oktyabrın 27-də Moskvada avtobioqrafik kitabı çıxan boks üzrə keçmiş dünya çempionu Mike Tysonun reklam agenti Vladimir Khryunov RİA Novosti agentliyinə deyib.

Khryunov bir gün əvvəl demişdi ki, Tyson Rusiya Yazıçılar Birliyinə götürüləcək, ancaq yazıçılar birliyinin birinci katibi İvanov dedi ki, onlara belə müraciət olunmayıb.

Tysonun kitabı rus dilində “Tayson. Amansız həqiqət” adlanır.

Bu kitab bir neçə ölkədə çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG