Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:47

Nadir nüsxələri qalmış Apple-1 kompüteri hərracda 905 min dollara satılıb


 Apple 1
Apple 1

Apple şirkətinin istehsal etdiyi və hazırda nadir nüsxələri qalmış Aplle-1 kompüterlərindən biri hərracda 905 min dollara satılıb.

İlk 50 Apple-1 kompüterini Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak Apple şirkətinin digər yaradıcısı Steve Jobsun atasın qarajında yığıb. Bu hadisə 1976-cı ilin yayında Kaliforniyadakı Los Altos şəhərciyində olub.

Hazırda həmin o Apple-1 kompüterlərinin fərdi kompüter işində inqilab etdiyini deyirlər, 1976-cı ildə isə bu kompüterləri almaq istəyən az idi. Ancaq sonradan elektronika məhsulları satan Byte Shop 50 kompüterə sifariş verdi və onların hər birini 666,66 dollara satdı.

Bu birinci uğurdan sonra Jobs və Wozniak daha 150 kompüter yığıb, dostlarına və başqalarına satdılar.

Həmin ilk 50 kompüterdən hazırda bir neçəsi qalıb.

Nyu Yorkda keçirilən hərracda Apple-1 kompüterinin qiyməti 300 min dollardan başlanırdı. Dəllallar onun ən çoxu 500 min dollara satılacağını gözləyirdi.

XS
SM
MD
LG