Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Rusiya hərbi təyyarəsinin Estoniyanın hava hüdudlarını pozmasını təkzib edir


Moskva Rusiya təyyarəsinin Estoniyanın hava hüdudlarını pozması haqda Estoniyanın iddialarını təkzib edib.

Müdafiə nazirliyinin sözçüsü deyib ki, Rusiya təyyarəsi Baltik dənizi üstündən neytral sular üzərindən uçub. Estoniya bir gün əvvəl Rusiya səfirini xarici işlər nazirliyinə çağırıb bildirmişdi ki, Rusiyanın İl-20 təyyarəsi Estoniyanın hava hüdudlarına girib.

NATO da bildirir ki, təyyarəni əvvəlcə Danimarka təyyarəsi aşkar edib, bundan sonra İl-20 təyyarəsi İsveçə doğru uçub. NATO bildirir ki, təyyarə Estoniya hava məkanında 1 dəqiqə olub, bundan sonra Portuqaliya təyyarələri onu Estoniyanı tərk etməyə məcbur ediblər.

XS
SM
MD
LG