Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39

Ağdamdan məcburi köçkün düşmüş Məmmədovlar ailəsi bu ilin avqust ayında baş verən yanğın nəticəsində ikinci dəfə evsiz-eşiksiz qalıb. Xuraman Məmmədova “Qaynar xətt”ə danışır ki, evin təmir-bərpası üçün müxtəlif qurumlara müraciət etsdələr də, yardım olaraq vur-tut 200 manat pul ayrılıb:

NƏVƏLƏR MƏKTƏBƏ GETMİR...

“Sanki bizi ələ salıblar. Yanıb yararsız hala düşmüş ev-eşiyi 200 manata bərpa etmək mümkündürmü? Ev yandı, avadanlıqlarla yanaşı geyimlərimiz, uşaqların məktəb ləvazimatları da külə döndü. Uşaqlar məktəbə getmir, küçələrdə qalmaqdan sağlamlıqlarını da itiriblər”.

Ailənin aylıq gəliri 72 manatdır.

“Bizim ev 21 il idi ki, qəzalı vəziyyərdə idi. Hər an uçub-dağılmaq təhlükəsi var idi. Elektrik naqilləri də qəzalı vəziyyətdə idi. Ağız açmadığım qurum, döymədiyim qapı qalmamışdı”.

Xuraman Məmmədova indiyədək 8 oğlunu hərbi xidmətə yollayıb. İndi özü qapılarda qalıb.

Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova bildirib ki, Xuraman Məmmədovanın vəziyyətindən xəbərdardılar. Yaxın günlərdə bu işlə məşğul olacaqlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG