Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

-

Oktyabrın 24-də və 31-də Yaponiyanın paytaxtı Tokioda Azərbaycan musiqisi səslənəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin beynəlxalq müsabiqələr laureatı, hazırda Yaponiyada yaşayan azərbaycanlı Gülnarə Azuma-Səfərovanın məlumatına görə, məqsəd yapon musiqisevərlərini Azərbaycan xalq mahnıları və tanınmış bəstəkarların əsərləri ilə tanış etmək, qədim və zəngin Azərbaycan mədəniyyətini bu gündoğan ölkədə daha yaxından tanıtmaqdır.

G. Azuma-Səfərovanın təşkilatçısı olduğu konsertlərdə İran və yapon musiqiçilər də iştirak edəcəklər.

İranlı Məsud Qurbani tar, yaponlar Kiyoşi Ohira saz, Şin Vatanabe qaval, Yasuhiro Kasamatsu zurna və balaban və Daisuke Azuma fleyta çalacaqlar.

Programda Azərbaycan bəstəkarlarından Q. Qarayev, N. Əliverdibəyov, A.Rzayev, X.Mirzəzadənin klassik əsərləri və xalq mahnıları səslənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG