Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

-

Oktyabrın 23-də N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində uçqun baş verib. Vaqon evcik dənizə düşüb. Meydançanın üstündən keçən 700 diametrlik boru qırılaraq yanğın törədib.

Yazı yenilənir. Hadisədən ən son yeniliklər xəbərin əvvəlindədir.

-----------------------------------------------------------

Oktyabrın 23-də neft meydançasında baş vermiş qəza ilə bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin olunub,araşdırmalar davam etdirilir.

Oktyabrın 23-də “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisindəki 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Bu zaman meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Təxminən 45 dəqiqə sonra yanğının söndürüldüyü bildirilir.

Məlumata görə hadisə vaxtı meydançada 41 nəfər işçi olub. Onlardan üçü ölüb, bir nəfərin axtarışı davam etdirilir.

20:40

Qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Bu barədə ARDNŞ və FHN birgə məlumat yayıb.

İtkin düşmüş 1 nəfərin axtarışı isə davam etdirilir.

17:30

Dövlət Neft Şirkətindən AzərTAc-a bildiriblər ki, hadisə zamanı ərazidə 41 işçi olub. 37 nəfər ərazidən çıxarılaraq «Orion-15» və «PSK-52» gəmiləri vasitəsilə sahilə gətirilib.

Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Axtarışların nəticəsi barədə əlavə məlumat veriləcək.

Hadisənin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.

14:20

Fövqəladə Hallar Nazirliyindən apa-ya verilən məlumata görə, yanğın artıq söndürülüb:

«Hazırda xilasedicilər dənizə düşən bir nəfəri qurtarmağa çalışırlar».

14:15

Dəniz platformasında qəza zamanı 10-dan artıq insan suya düşüb.

Bu haqda Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Axtarışlara FHN-in bir helikopteri də cəlb olunub.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Ancaq bu rəqəm dəyişə bilər.

Həkim briqadaları hadisə yerində işləyirlər.

14:12

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft quyuları olan meydançada baş verən yanğınla əlaqədar açıqlama yayıb.

ARDNŞ-dən apa-ya verilən məlumata görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib. Meydançada olan vaqon evcik dənizə düşüb. Meydançanın üstündən keçən 700 diametrlik boru qırılaraq yanğın törədib.

Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar.

ARDNŞ hadisənin səbəblərinin araşdırıldığını, əlavə məlumat veriləcəyini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG