Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17

-

İndi bir məmurun korrupsiya ilə yığdığı sərvət 30-40 il əvvəl dövlət başçısının korrupsiya ilə oğurladığından 3 dəfə çoxdur.

“Ermənistan yavaş-yavaş suverenliyini Rusiyaya təslim edir”.

İranda bahalanma gedir. Keçən ildən bəri süd, toyuq əti, yumurta 20-30 faiz bahalanıb.

İslam Dövləti yaraqlılarının hərbi uğurları onlara ictimai dəstək qazandırır.

Dünya mediası bu gün nədən yazır?

KORRUPSİYA QAYNAR MÖVZUDUR

Foreign Affairs məmuəsi yazır ki, korrupsiya bu günki dünyanın ən qaynar mövzularından biridir. 40 il əvvəl dünyada hər il ingilis dilində korrupsiya barədə ən çoxu 25-30 kitab çıxırdı. İndi belə kitabların sayı ildə 400-dür.

Google-da axtarışa “korrupsiya” sözünü verəndə 45,7 milyon nəticə verir. Məsələn, “terrorizm” yazanda isə verilən nəticələr 26,4 milyondur. Ölkələr üzrə Korrupsiya indeksini hazırlayan Transparency İnternational təşkilatı dünyada ən çox istinad olunan mənbələrdən birinə çevrilib.

Dünya inkişaf etdikcə korrupsiya da artır. 1990-cı illərdə İndoneziyada Suharto və Zairdə Mobutu Sese Seko kimi avtoritar hakimlərin var-dövləti 5 milyard dollar idi. Bazar islahatları korrupsiya ilə yığılan pulları da artırıb. İndi Çində bir keçmiş vəzifəli məmurun - Zhou Yongkangın ailəsinin var-dövləti müsadirə olunanda məlum olur ki, onun 14,5 milyard dollar sərvəti var imiş.

Bu günki Rusiyada bir ildə korrupsiya ilə oğurlanan pulların miqdarı 300 milyard dollardır. Bu da ÜDM-un 16 faizidir. 2010-cu ildə inkişaf etməkdə olan ölkələrdən korrupsiya ilə oğurlanan pulların xaricə axını 1 trilyon dollar idi.

ERMƏNİSTAN SUVERENLİYİNİN YAVAŞ-YAVAŞ RUSİYAYA VERƏCƏK

Hərb və Sülh İnstitutu Ermənistanın Avrasiya Birliyi sazişi barədə yazır ki, bu, ədalətli sövdələşmədir yoxsa ölkənin satılmasıdır? Ermənistan prezidenti Sargsyan deyir ki, bu, Ermənistana iqtisadi səmərə verəcək, Ermənistanda isə qorxurlar ki, bu, Ermənistan həm də siyasi birliyə qoşulması deməkdir.

Miras partiyasından Tevan Pogosyan deyir ki, “bu, doğrudanmı bizim seçimimizdir? Əlbəttə ki, yox”

Çiçəklənən Ermənistan partiyasının sözçüsü Tigran Urikhanyan deyir ki, “Bizim seçmək imkanımız olmayıb. Ermənistana alternativ yol təklif olunmadı”. Onun fikrincə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasından nə qazanacağı aydın deyil. Yerevandakı Milli Və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Manvel Sargsyanın fikrincə, Avrasiya Birliyi siyasi layihədir. Burda üzvlük - Ermənistanın öz suverenliyini tədricən Rusiyaya verməsi prosesində son mərhələdir.

O deyir ki, Avrasiya İqtisadi Birliyi Rusiyanın keçmiş sovet məkanında geosiyasi mexanizmidir.

Onun sözlərinə görə, “Ermənistanın Rusiyaya yaxınlaşması 1991-ci ildə müstəqillik qazanan kimi başlanıb. O vaxt Ermənistan rəhbərliyi deyirdi ki, Ermənistanda Rusiya qoşunlarının olması Ermənistanın marağındadır. Ermənistanın o vaxtdan bəri olan 3 prezidentinin hamısı belə addımlar artıb. Təəsüf ki, Ermənistan özünün Rusiyaya münasibətdə peşəkar siyasətini hələ müəyyən etməlidir”.

Ekspert onu da deyir ki, “Rusiyanın bir dövlət kimi problemi bütün dünya ilə qarşıdurmasıdır. Rusiyanın aqressiv davranışı həyəcan siqnalıdır.”

Keçmiş Xarici işlər naziri Alexander Arzumanyan deyir ki, “Bizim tərəfdaşımız Rusiya indi təcrid olunub, onun Qərblə konstruktiv dialoqa getməsinə ümid də yoxdur və belə bir vaxtda biz sanskiyalar altında olan birliyə gedirik”.

EBOLA RƏQƏMLƏRDƏ

BBC News Ebola xəstəliyi ilə bağlı maraqlı rəqəmləri verib.

17. Bu hər 10 Ebola xəstəsinin orta hesabla yoluxdurduğu adamların sayıdır.

50-də 1. Liberiyada xəstələrlə təmasda olan səhiyyə işçiləri arasında hər 50 adamdan biri bu xəstəliyə yoluxub.

61,48 dollar. Bu, xəstəlikdən tam qorunmaq üçün lazım olan geyimin qiymətidir.

İRANLILAR AZ YEYİR

Financial Times qəzeti yazır ki, İranda qiymətlər artır. İnflyasiya 21 faizdir. Keçən il südün bir litri 18 min rial idi, indi 25 min riala qalxıb. Qəzet yazır ki, bu, 94 sent və ya südün 28 faiz bahalanması deməkdir. 24 yumurtalıq qutu 24 faiz bahalanıb, indi 85 min rialdır. Bir kiloqram toyuq əti 67 min riladır və 15 faiz bahalanıb.

Qəzet yazır ki, iranlılar az yeməyə başlayıb. Ahmedinejad 2005-ci ildə hakimiyyətə gələndə iranlılar orta hesabla ildə hərəyə 200 kq yemək yeyirdi, 2013-cü ildə bu, 177 kq-a düşdü.

Saeed Leylaz adlı təhlilçi obrazlı şəkildə deyir ki, “iqtisadiyyat 10 metr suyun dibinə düşüb. Hökumət bunu 3 metr qaldırdı. Ancaq yenə hələ 7 metr suyun altınadır”.

HƏRBİ YOLDAN BAŞQASI YOXDUR

Washington Post qəzeti yazır ki, İslam Dövləti yaraqlılarına əhalinin ictimai dəstəyi hərbi uğurlardan qidalanır.

Qərb liderləri düşünürlər ki, İslam Dövləti təşkilatına islam dövlətlərinin öz içərisində qatı düşmən kimi baxırlar və bu, müxalifət qüvvələrini hərəkətə gətirir. Bu fikir qismən doğrudur, ancaq o da doğrudur ki, İslam Dövləti təşkilatına əhalinin dəstəyi də var. Onların hərbi uğurları artdıqca dəstək də artır.

Bundan başqa onlara Pakistandakı və Əlcəzairdəki islamçılar da dəstək verir.

Qrup sosial medidan bacarıqla istifadə etməklə ərəb ölkələrinin ənənəvi məhdudlaşdırıcı kommiunikasiya kanallarını aşıb-keçir.

Qəzet hesab edir ki, İslam dövləti yaraqlıları ilə mübarizənin uğurundan təkcə İraq və Suriyanın taleyi asılı deyil, bütün dünyada islamçı terrorla mübarizənin taleyi ola bilsin ki, indi həll olunur.

Qəzetin gəldiyi nəticə odur ki, İslam Dövləti təşkilatının nüfuzunu dağıtmaq üçün onu mütləq hərbi yolla məğlub etmək lazımdır. Özü də nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG