Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Hacı dayı naxışlarda


19-cu əsrin əvvəllərində təkəlduzla xüsusən kişilər məşğul olub

19-cu əsrin əvvəllərində təkəlduzla xüsusən kişilər məşğul olub

-

"Keçmişdə bir oğlanla bir qız bir-birlərini sevərkən görüşmək imkanları olmadığından təkəlduz sənəti vasitəsilə məktublaşırdılar. Məsələn, buta sevgi mənasını verir. Tutaq ki, qız oğlana nəsə cavab yollamaq istəyəndə, butanı təkəlduz sənətində bir parçada işləyib sevdiyi oğlana göndərirmiş. Yaxud da, qadınlar həbsxanadakı ərlərinin yanına gedə bilmirdilər, təkəlduz sənətində naxışlar işləyirdilər, hər bir naxışda da bir söz, bir məna vardı. Qadın dustaq ərinə hər naxışda vəziyyəti anladırdı, tutaq ki, biz yaxşıyıq, və sair..."

Əsrarəngiz əl işləri, rəngarəng piştaxtalar, qədimliyin əxz olunduğu ünvanda sirli harmoniya... Bura Şəkinin Sənətkarlar Evidir. Bir guşəsi təkəlduz tikmə sənəti ilə bəzədilmiş məkan...

Qapıdan içəri qədəm qoyanın gözlərini oxşayan təkəlduz ( tikmə-AR) əl işləri Vəfa Mustafayevanındır.

12 ildir ki, Vəfa dekorativ incəsənətlə məşğuldur. Kətan, məxmər parçaların üzərində təkəlduz toxumaları düzür.

100 İLLƏRLƏ ÇÜRÜMƏYƏN TƏKƏLDUZ SƏNƏTİ

Deyir, təkəlduz sənətlərini Şəki İpək Zavodundan alınan ipək saplardan hazırlayır:

12 ildir ki, Vəfa Mustafayeva dekorativ incəsənətlə məşğuldur

12 ildir ki, Vəfa Mustafayeva dekorativ incəsənətlə məşğuldur

“100 faiz ipək sap və parçalardır. Bu ipəklərə rəng verilməsi zamanı təbii vasitələrdən istifadə olunur. Soğanı rəng soğan qabığından alınır, başqa rənglər palıd qabığından, qoz yarpağından... Rənglər təbii olduğundan parça çürüməyə məruz qalmır”.

Tikmələrdə əsasən milliliyə üstünlük verir:

“Məsələn, buta bizim milli ornamentimizdir. Butayla, xaçla naxışları işləmişik. Çünki xalça naxışımız YUNESKO-ya daxil olub. Şəkiyə gələn turistlərə həm xalça naxışını göstəririk, həm də göstəririk ki, biz bu naxışlarla təkəlduzda da işləyə bilirik”.

MÜASİRLİYİN ÇƏRÇİVƏYƏ ALDIĞI TƏKƏLDUZ

“Nəyə görə çərçivəyə aldıq bu sənəti? Çünki o vaxtlar təkəlduz sənətindən tikilmiş belə əl işlərini süfrə, balınc üzü kimi istifadə edirdilər. Ancaq müasir dövrdə belə məqsədlərə istifadə olunmur.

Biz də bu sənət itib-batbasın, unudulmasın deyə, onu çərçivəyə alıb evlərdən asırıq”.

Burada məhşur xalçaçı Lətif Kərimovun əsərindən fraqmentlər də görmək olar. Vəfa xanım deyir ki, təkəlduz sənətində nar naxışına daha çox üstünlük verilir. Səbəbi də var:

Təkəlduz sənətində nar naxışına daha çox üstünlük verilir

Təkəlduz sənətində nar naxışına daha çox üstünlük verilir

“Bizim Şəki Xan Sarayının divar naxışlarında da nar təsvir olunub. Quranda da nar haqqında yazılıb. Qədim meyvədir, biz də naxışlarımızda bu meyvəyə üstünlük veririk”.

İndi təkəlduz sənətində milliliklə yanaşı müasir üslüba da üstünlük verir:

“Məsələn bu əl işində ay işığında oturan bir xanımdır. Tək sapla işlənib. Sual oluna bilər ki, onun kölgəsi və işıq necə alınıb?

Təkəlduz sənətində əsas yön tikmənin sxeminə bağlıdır. Yəni sxemlə düzgün qaydayla işləyəndə sap öz özündən kölgə də salır, işıq da verir”.

Vəfa xanım Şəki lətifələrinin qəhramanı Hacı dayını da təkəlduz sənətinə köçürüb. Deyir, turistlərin diqqətini ən çox çəkən əl işidir:

TULLANTILARDAN YARADILAN KUKLALAR...

Tullantılardan yaradılan kuklalar

Tullantılardan yaradılan kuklalar

“Sənətkar yerində saymalı deyil. Daim axtarışda olmalıdır. Bir ideya gəldi ağlımıza. Qalıq parçaları, pambıqları tullamayaq, onları yığıb kuklalarda istifadə edək. Bax, gördüyünüz bu kuklalar tullantı materiallarından düzəldilib - üzləri, gözləri... Hamısı əl işləridir və tullantı materialındandır”.

ƏSRLƏRDƏN GƏLİB ÇIXAN TƏKƏLDUZ SƏNƏTİ

19-cu əsrin əvvəllərində bu sənətlə xüsusən kişilər məşğul olub, əl işlərini hərraca çıxarıblar. Bəzi mənbələrə görə, təkəlduz sənəti dövrümüzə ta 15-ci əsrdən, qurqanlardan gəlib çıxıb. Tikmələrdə təbii ipəkdən istifadə olunduğundan çürüməyə məruz qalmayıb.

Xarici muzeylərdə də 18-19-cu əsrlərə aid olan təkəlduz tikmələrə rast gəlmək olar...

XS
SM
MD
LG