Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

İraq kürdləri Kobaniyə döyüşçülər göndərəcəklər


Suriyanın Kobani şəhəri

Suriyanın Kobani şəhəri

İraqın Kürdüstan regional hökumətinin parlamenti kürd döyüşçülərinin Suriyanın Kobani şəhərinə göndərilməsinə səs verib.

Kürd parlamentinin spikeri Yusef Muhammad Sadeq deyib ki, parlament oktyabrın 22-də peşmərgə döyüşçülərinin Kobani kürdlərinə köməyə göndərməyə səs verib. Kürdlər bir neçə həftədir Kobanini İslam Dövləti (İD) yaraqlılarından qoruyur.

Neçə Peşmərgə döyüşçüsünün, nə vaxt göndəriləcəyi bəlli deyil.

ABŞ Mərkəzi Komandanlığı oktyabrın 22-də bildirib ki, ABŞ hərbi təyyarələri iki gün ərzində Suriyadakı İD mövqelərinə altı hava zərbəsi endirib. İraqdakı İD hədəflərinə isə həmin müddətdə 12 hava zərbəsi həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG