Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28

Oktyabrın 26-sı Məhərrəm ayının birinci günüdür. Aşura günü noyabrın 4-nə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurası qarşıdan gələn Məhərrəm ayı ilə bağlı fətva verib.

İslam təqvimində Məhərrəm ayı müqəddəs aylardan biri sayılır. İslam dininə görə, bu ay müharibə qadağan olunsa da Kərbəla faciəsi məhz bu ayda baş verib.

Həmin faciə zamanı Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları qətlə yetirilib.

Bu hadisə həmin ayın 10-cu, yəni Aşura günü baş verib. Həmin günü şiə müsəlmanları (İmam Hüseyn və onun atası Əlinin tərəfdarları) hüzn günü kimi qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG