Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:52

ABŞ səfirliyi hökumətin addımlarını alqışlayır


Siyasi məhbuslar
Siyasi məhbuslar

-

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi əfv fərmanını və işçi qrupun yaradılmasını alqışlayan bəyanat yayıb. Bəyanatda deyilir ki, səfirlik Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqları üzrə Birgə İş Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır.

«Ümid edirik ki, bu kimi ruhlandırıcı addımlar yerli və beynəlxalq QHT-in üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla, əlavə müsbət inkişafa təkan verəcək. Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi – bütün əsas hüquqlardan yararlanmaq təminatıdır».

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN FƏALLARININ AZAD EDİLMƏSİNİ ALQIŞLAYIB

Birləşmiş Ştatların Dövlət Departamentinin bəyanatında oktyabrın 17-də Azərbaycanda Həsən Hüseynli də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının həbsxanadan azad edilməsi alqışlanır.

Bəyanatda deyilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Hüseynli və onun başçılıq etdiyi QHT tələbə mübadiləsi və təhsil müşavirliyi sahəsində Bakıdakı ABŞ səfirlyi ilə əməkdaşlıq edirdi.

Onunla birlikdə, eyni gündə N!DA vətəndaş hərəkatının üç gənc üzvü – Bəxtiyar Quliyev, Şahin NovruzluElsevər Mürsəlli də həbsxanadan buraxılıblar.

Dövlət Departamenti sözçüsünün müavini Marie Harper-in səsləndirdiyi bəyanatda deyilir ki, ABŞ bu addımı alqışlasa da, eyni gündə Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran yeni qanunun qəbulunu ölkənin səhv istiqamətdə hərəkəti hesab edir.

«Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətandaşların təməl azadlıqlardan istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırmaqda davam edirik» – bəyanatda deyilir.

Bu da xüsusilə vurğulanır ki, uzunmüddətli stabillik yalnız bütün azərbaycanlıların təməl azadlıqlarının təminatı şəraitində mümkün ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG