Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:07

Avropa Birliyi liderləri oktyabrın 23-də Brüsseldə sammitə toplaşır. Məqsəd iqlim dəyişikliyi ilə mübarizədə razılığa gəlmək, ebola epidemiyası ilə mübarizə cəhdlərini artırmaqdır.

2030-cu il üçün iqlim dəyişikliyi hədəfləri razılaşdırılacaq. AB-nin 28 üzvünün liderləri Qərbi Afrikada ebola epidemiyasına qarşı tədbirləri müzakirə edəcəklər.

Eboladan 4.900 nəfər ölüb.

AB üzvləri və Avropa Komissiyası Ebola ilə mübarizəyə artıq 600 milyon avro (750 milyon dollar) ayırıb.

Britaniya mənbələri yazır ki, baş nazir David Cameron həmkarlarını həmin məbləği bir milyard avroya çatdırmağa çağıracaq.

Liderlər Ukraynanı, İraq və Suriyada İslam Dövləti təhlükəsini müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG