Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Gürcüstanın keçmiş müdafiə nazirinə həbs cəzası kəsildi


Bacho Akhalaia, Gürcüstan məhkəməsi keçmiş müdafiə naziri

Bacho Akhalaia, Gürcüstan məhkəməsi keçmiş müdafiə naziri

Gürcüstan məhkəməsi keçmiş müdafiə naziri Bacho Akhalaia 7.5 illik həbs cəzası alıb. O, 2006-cı ildə məhbuslara işgəncə verməkdə ittiham olunub.

Tbilisi Şəhər Məhkəməsi daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli əməkdaşları Giorgi Mazmishvili, onun qardaşları Levan və Megis Kardava-ya da həbs cəzası verib. Qardaşlardan sonuncu ölkədə olmayıb.

Levan Kardava və Mazmishvili həbsxanadan qaçmağı planlaşdırmaqda şübhəli bilinən 3 nəfəri öldürməkdə təqsirli bilinib.

34 yaşlı Akhalaia həbsdədir, digər bəzi cinayətlərdə də ittiham olunub. Həm də daxili işlər naziri olmuş Akhalaia ittihamları rədd edib.

XS
SM
MD
LG