Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:10

Hilal Məmmədov üç günlüyə azadlığa çıxır


Azerbaijan -- Editor and journalist Hilal Mammadov, Tolishi Sada newspaper, Baku, 22Jun2012

Azerbaijan -- Editor and journalist Hilal Mammadov, Tolishi Sada newspaper, Baku, 22Jun2012

Problemli məhbusların işi ilə məşğul olacaq hökumət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət İnsan Hüquqları üzrə Birgə Qrupun oktyabrın 22-də keçirilən ilk iclasında qəbul edilən qərara əsasən, “Tolışi sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədova qızının toyunda iştirak etməyə icazə veriləcək.

Birgə Qrupun üzvü, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Hilal Məmmədovun ailəsinə bildirib ki, H.Məmmədovun müvəqqəti azadlığa buraxılması üçün hüquqi prosedur oktyabrın 23-dən başlayacaq:

“Hilal Məmmədovun övladının toyu oktyabrın 24-də olacaq. Birgə Qrupun iclasında qızının toyunda iştirak etməsi üçün Hilal Məmmədova 3 günlük icazə verilməsi məsələsini qaldırdıq. Hökumət nümayəndələri buna ilkin razılıq verdilər. Dedilər ki, Hilal Məmmədovun müvəqqəti azadlığa buraxılması üçün hüquqi prosedur oktyabrın 23-də başlayacaq”.

Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG