Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:13

İranın nəqliyyat və yükdaşıma nazirinin müavini Bakıya gəlib


Arxiv foto
Arxiv foto

Oktyabrın 22-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak etmək məqsədilə ölkədə səfərdə olan İranın nəqliyyat və yükdaşıma nazirinin müavini, İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. 2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və Həştərxanda keçirilmiş görüşləri, aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına əlverişli zəmin yaradıb.

Qeyd olunub ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 2014-cü ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi üçün tədbirlər görülür.

Görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara layihəsinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Şahin Mustafayev layihənin hər iki tərəf üçün xüsusi əhəmiyyətini qeyd edərək, layihənin tezliklə başa çatdırılması üçün lazımi dəstək göstəriləcəyini vurğulayıb.

İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin İranda həyata keçirilən prioritet nəqliyyat layihələrindən olduğunu diqqətə çatdırıb. Ağayi layihənin İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemini birləşdirəcəyini vurğulayıb.

XS
SM
MD
LG