Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Kosovonun xarici işlər naziri Serbiyaya gedir


Enver Hoxhaj,Kosovonun Xarici İşlər Naziri

Enver Hoxhaj,Kosovonun Xarici İşlər Naziri

Kosovonun xarici işlər naziri Enver Hoxhaj oktyabrın 23-də regional konfransda iştirak üçün Serbiyaya səfər edəcək. Kosovo 2008-ci ildə birtərəfli şəkildə Serbiyadan ayrılandan sonra ilk belə rəsmi səfərdir.

Hoxhaj oktyabrın 22-də yaydığı bəyanatda bildirib ki, “Bu səfər Kosovo və Serbiyanın iki müstəqil suveren dövlət kimi münasibətlərinin normallaşmasının indikatorudur”.

Serbiya Kosovonu tanımaqdan imtina edir, lakin Belqrad keçmiş cənub vilayəti ilə münasibətlərin yaxşılaşdırmağa razılaşıb. Məqsəd özünün Avropa Birliyinə üzvlüyünü irəlilətməkdir.

Albaniyanın baş nazirin Edi Rama oktyabrın 22-də Albaniya ilə Serbiya arasında on illərdir davam edən düşmənçiliyə son qoyulmalı, ümumi maraqlara diqqət ayırmalı olduğunu bildirib.

Rama oktyabrın 22-də Serbiyaya səfər etməli idi.Ötən həftə Albaniya-Serbiya futbol oyununda yaşanan qalmaqala görə səfər noyabradək təxirə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG