Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

İlham Əliyevin oktyabrın 27-dəki Paris səfəri ərəfəsi Human Rights Watch təşkilatı verdiyi bəyanatda bildirir ki, Fransa prezidenti Hollande imkandan istifadə edib Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanda ədalətsiz tutulan 4 insan haqları müdafiəçisini azad etməyə çağırmalıdır.

Təşkilatın nəzərdə tutduğu 4 fəal Leyla Yunus, Arif Yunus, İnqtiqam Əliyev və Rəsul Cəfərovdur.

F. Hollande və İ.Əliyev Parisdə oktyabrın 27-də görüşməlidir. Həmin vaxt Parisdə Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmalıdır.

Human Rights Watch oktybarın 17-də Hollandeyə göndərdiyi məktubda yazırdı ki, Hollande İlham Əliyevi həmin 4 məhbusu Paris səfərinə yola düşməzdən əvvəl azad etməyə çağırsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG